"Xarıbülbül" Festivalının qonaqları Şuşaya toplaşırlar - Yenilənib

"Xarıbülbül" Festivalının qonaqları Şuşaya toplaşırlar.

“Report” xəbər verir ki, 9-11 mayda keçiriləcək "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauz Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistan təmsil olunacaq.

***

Şuşa "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalına hazırlaşır.

APA xəbər verir ki, mayın 9-11-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Bu ərəfədə Şuşa festival ab-havasına bürünüb.

Poliqon.info