İranda məşhur aktrisaya hicabla bağlı cinayət işi açılıb

Aktrisa Baran Kosari İranda hicabsız ictimaiyyətə göründüyünə görə cinayət məsuliyyətinə cəlb olunub...

İranda məşhur aktrisa Baran Kosariyə ictimai yerlərdə hicabsız göründüyü üçün iş açıblar.

Poliqon xəbər verir ki, bu barədə İranın Tasnim Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, aktrisa mayın 5-də aktyor Hesam Mahmudinin dəfn mərasimində hicabsız iştirak edib. Agentlik qeyd edir ki, aktrisanın mərasimdən fotoları dərhal internetdə və bəzi mediada yayılıb.

“Hicaba riayət etmədiyinə görə bu aktrisaya qarşı məhkəmə işi açılıb və aidiyyəti orqanlara göndərilib”, deyə məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl İranda hicabsız qadınları aşkar etmək üçün kameralar quraşdırıldığı bildirilmişdi.

Poliqon.info