Çin və ABŞ – Münasibətləri normallaşdırmaq zərurəti...

Çində və ABŞ-da münasibətləri sabitləşdirmək zərurəti haqqında danışmağa başlayıblar...

Çinin xarici işlər naziri ilə ABŞ səfiri arasında keçirilən görüşdə dövlətlərarası münasibətlərin sabitləşdirilməsinin zəruriliyi qeyd olunub...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyinin məlumatında bildirilir.

Çinin xarici işlər naziri Tsin Qan bazar ertəsi günü bəyan edib ki, bir sıra “yalan sözlər və hərəkətlər”dən sonra ABŞ-Çin münasibətlərində dərin problemlərin yaranmasına səbə olmasına baxmayaraq, münasibətlər təcili olaraq sabitləşdiriləşdirilməlidir.

Reuters yazır ki, Tsin Pekində ABŞ səfiri Nikolas Börns ilə görüşü zamanı ABŞ-ın Tayvan məsələsinə münasibətini düzəltməli və “vahid Çin” prinsipini məhv etməyi dayandırmalı” olduğunu vurğulayıb.

“Əsas prioritet Çin-ABŞ münasibətlərini sabitləşdirmək, münasibətləri uçruma doğru aparan spiralın qarşısını almaq və Çin ilə ABŞ arasında hər hansı insidentin yaşanmamasına çalışmaqdır", deyə Tsin ABŞ diplomatına deyib.

Çinin xarici işlər naziri həmçinin hesab edir ki, ABŞ-ın bir sıra yanlış sözləri və hərəkətləri Çin-ABŞ münasibətlərində əldə edilməsi çətin olan müsbət impulslarını pozub.

“İki tərəfin razılaşdırdığı dialoq və əməkdaşlıq proqramı relsdən çıxıb və iki ölkə arasında münasibətləri yenidən soyudur”, deyə Tsin əlavə edib.

AB. Səfiri Nikolas Börns də Tsin Qan ilə görüşdən sonra dövlətlərarası münasibətlərin sabitləşdirilməsinin vacibliyinə də işarə edib.

“Biz ABŞ-Çin münasibətlərindəki çətinlikləri və əlaqələrin sabitləşdirilməsi və yüksək səviyyəli kommunikasiyanın genişləndirilməsi zərurətini müzakirə etdik”, deyə deyə Börns bildirib.

Poliqon.info