Fon der Leyen mayın 9-da Kiyevə gələcək

Avropa Komissiyyasının rəhbəri fon der Leyen Ukraynaya dəstəyini ifadə etmək üçün mayın 9-da Kiyevə səfər edəcək...

Poliqon xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Erik Mamer Brüsseldə keçirdiyi brifinqdə bildirib. O. Qeyd edib ki, AK rəhbəri Ursula fon der Leyen Ukrayna xalqına dəstəyini ifadə etmək üçün mayın 9-da Kiyevə gedəcək.

Mamerin sözlərinə görə, fon der Leyen prezident Zelenskinin fərmanı ilə Ukraynada Qələbə Günü əvəzinə elan edilən Avropa Günündə ölkəyə tam dəstəyini ifadə etmək üçün Ukrayna paytaxtına səfər edəcək.

AK-nin mətbuat katibinin müavini və siyasi kommunikasiyalar üzrə direktoru Dana Spinant da öz Twitter hesabında qeyd edib ki, Ukraynaya səfəri zamanı AK rəhbəri Ukrayna lideri ilə görüşəcək. Fon der Leyenin Kiyevə səfərinin digər təfərrüatları təhlükəsizlik səbəbi ilə açıqlanmır.

Poliqon.info