“Qarabağ və Ermənistanın ərazi bütövlüyü bir-birindən ayrılmalıdır” - Erməni deputat...

Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasından olan üzvü Armen Xaçatryan hesab edir ki, Dağlıq Qarabağ və Ermənistanın ərazi bütövlüyü məsələlərini bir-birindən ayırmaq lazımdır...

Poliqon “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, bu barədə Yerablur hərbi panteonunda jurnalistlərə müsahibəsində bildirib.

Deputat Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının olmamasından danışaraq, Hadrut və Şuşanı Ermənistan olaraq nəzərdə tutub-tutmaması barədə sualı təxribat adlandırıb”.

“Dağlıq Qarabağ məsələsi tamam başqa formatdadır. Məsələ Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi, bütünhəyat təminatları ayrı məsələdir və bu, beynəlxalq platformalarda müzakirə olunmalıdır”, deyə erməni deputat bildirib.

Poliqon.info