Ərdoğan-Əsəd görüşü nə vaxt keçiriləcək? - Çavuşoğlundan açıqlama

Türkiyə və Suriya prezidentləri - Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsədin görüşü cari il ərzində mümkündür...

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Növbəti mərhələ prezidentlərin görüşüdür. Ümid edirəm ki, bu, çox vaxt aparmayacaq və cari il ərzində baş tutacaq”, deyə Çavuşoğlu bildirib.

Ərdoğan daha əvvəl Əsədlə görüş ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib ki, o, Rusiya prezidenti Vladimir Putinlə liderlərin görüşünün də daxil olduğu Suriya üzrə yol xəritəsini müzakirə edib, lakin bundan əvvəl Müdafiə Nazirliyinin, kəşfiyyat orqanlarının və Xarici İşlər Nazirliyinin rəhbərləri görüşü olmalı idi.

Öz növbəsində Əsəd Ərdoğanla Türkiyə qoşunlarının Suriyadan çıxarılmasından sonra görüşə hazır olduğunu bildirib.

Poliqon.info