Azərbaycanın daha üç cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Azərbaycan dünya çempionatında 13 cüdoçu ilə təmsil olunur...

Bu gün Azərbaycanın daha üç cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

66 kq çəki dərəcəsində çıxış edən Avropa çempionu Orxan Səfərov 1/16 final mərhələsində Ahmed Abdelrahman (Misir)/Daikli Bouba (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək.

Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva 1/16 finalda Sofia Fiora (Argentina)/Cenifer Eriyen (Haiti) duelinin güclüsü ilə, eyni çəkidəki Aydan Əliyeva 1/32 finalda Erza Muminovyo (Kosova) ilə görüşəcək.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 13 cüdoçu ilə təmsil olunur. Daha əvvəl 60 kq-dakı Balabəy Ağayev ilə Turan Bayramov, 48 kq-dakı Leyla Əliyeva və Könül Əliyeva turniri medalsız başa vurublar. Yarış mayın 14-də başa çatacaq.

Poliqon.info