Şəmkirdə kişinin intiharı ilə bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Şəmkir rayonunun Qapanlı kəndində yerli sakinin ov tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə bəzi təfərrüatlar məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, Qapanlı kənd sakini, 1976-cı il təvəllüdlü Cəfər Həsən oğlu Camalov kəndin kənarında yerləşən əkin sahəsində ov tüfəngindən açılan atəş nəticəsində dünyasını dəyişib.

Onun intihar etdiyi bildirilir.

Qeyd edək ki, mərhum ailəli olub, nişanlı bir qızı və hərbi xidmətdən qayıdan bir oğlu var. Kənddə sakit və heç kimlə problemi olmayan biri kimi tanınıb. O, traktor sürücü olub. İntiharın hansı səbəbdən baş verdiyi isə hələ məlum deyil.

Faktla bağlı araşdırma davam etdirilir.

***

Şəmkir sakini intihar edib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qapanlı kəndində qeydə alınıb.

Yerli sakin Cəfər Camalov ov tüfəngindən açılan atəş nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info