Qarabağda ailə həkimliyi ilə bağlı təlimlərin təşkili planlaşdırlır

Qarabağda ailə həkimliyi ilə bağlı təlimlərin təşkili planlaşdırlır.

Poliqon.info xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (Fond) Azərbaycan Nümayəndəliyinin rəhbəri Fərid Babayevlə keçirilən görüşdə qeyd olunub.

Bildirilib ki, Qarabağ bölgəsində tibbi fəaliyyətə cəlb olunacaq həkimlər üçün ailə həkimliyi mövzusunda təlimlərin təşkil edilməsi müzakirə olunub və Fondun bu prosesə dəstək göstərməyə hazır olduğu vurğulanıb.

Poliqon.info