Ukrayna MN: "Vaqner" Baxmutda döyüş tapşırıqlarını yerinə yetirə bilmir"

Baxmutda 7 aydan çoxdur gərgin döyüşlər gedir...

“Vaqner” muzdlu hərbi təşkilatı Donetsk vilayətinin Baxmut şəhərində döyüş tapşırıqlarını yerinə yetirə bilmir”.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar telemarafonda deyib.

Onun sözlərinə görə, şəhərdə “Vaqner”in sursat anbarı məhv edilib: “Biz düşmənə güclü müqavimət göstəririk. Əməliyyatlarımız aktiv şəkildə davam edir. Çünki “Vaqner” qruplaşması mayın 9-na kimi Baxmutu ələ keçirmək niyyətindən əl çəkməyib.

Qeyd edək ki, “Vaqner”in rəhbəri Yevgeni Priqojin qoşunların mayın 10-da Baxmutdan çıxacağını açıqlayıb.

Xatırladaq ki, Baxmutda 7 aydan çoxdur gərgin döyüşlər gedir.

Poliqon.info