Klinton Ukrayna müharibəsinə görə özünü günahkar sayır

ABŞ-ın keçmiş prezidenti Bill Klinton hələ 2011-ci ildə Rusiya lideri Vladimir Putinin Ukraynaya hücum etmək niyyətindən xəbərdar olduğunu bildirib.

Poliqon "Financial Times" istinadən xəbər verir ki, o, bu barədə Davosdakı müzakirələr zamanı bildirib. Siyasətçinin sözlərinə görə, 2011-ci ildə Rusiya prezidenti ilə görüşdən sonra Moskvanın Ukraynaya qarşı müharibəsinin yalnız zaman məsələsi olduğunu dərhal anlayıb.

Klinton əlavə edib ki, görüş zamanı Putin 1990-cı illərdə Rusiyanın o zamankı prezidenti Boris Yeltsin tərəfindən imzalanan Budapeşt Memorandumunu rədd edib. Həmin müqavilə nüvə silahı müqabilində Ukraynanın ərazi bütövlüyünə hörmətə zəmanət verirdi.

"2011-ci ildə - Krımın ələ keçirilməsindən üç il əvvəl - Vladimir Putin mənə Yeltsinlə bağladığım müqavilə ilə razılaşmadığını söylədi. O dedi: "Mən bununla razı deyiləm. Bunu dəstəkləmirəm". O gündən mən müharibənin sadəcə zaman məsələsi olduğunu anladım”, deyə Klinton qeyd edib.

Klinton 1990-cı illərdə Ukraynanın nüvə silahsızlaşdırılmasındakı roluna görə peşman olduğunu etiraf edib. Onun fikrincə, bu baş verməsəydi Rusiya Ukraynaya qarşı müharibəyə başlaya bilməyəcəkdi:

"Onlar (ukraynalılar) onu (nüvə silahı) verməkdən qorxurdular. Çünki düşünürdülər ki, onları ekspansionist Rusiyadan qoruyan yeganə şey budur. Putin fürsət görəndə razılaşmanı pozdu və ilk olaraq Krımı ələ keçirdi. Və mən buna görə özümü dəhşətli dərəcədə pis hiss edirəm, çünki Ukrayna çox vacib ölkədir”.

Poliqon.info