Priqojin Şoyqu və Gerasimova ultimatum verdi: Baxmutdan çəkilirəm...

Yevgeni Priqojin son bir həftə ərzində Rusiya Müdafiə Nazirliyinə, Baş Qərargahına və prezidentinə müraciət edib və “Vaqner qrupu”nun mayın 9-dan sonra sursat çatışmazlığı səbəbindən Baxmutu tərk edəcəyini bildirib...
“Mən “Vaqner” hissələrini Baxmutdan çıxarıram, çünki döyüş sursatı yoxdursa, onlar mənasız ölümə məhkumdurlar”.

Poliqon Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, son bir həftədə Özəl Hərbi Şirkət rəhbərinin Müdafiə Nazirliyinə ikinci ultimatumudur. “Vaqner qrupu”nun rəhbəri iddia edir ki, mayın 9-a qədər “Vaqner”çilər Baxmutu almalı idi, lakin mayın 1-dən etibarən “yarı-müharibə bürokratları" praktiki olaraq qrupu istənilən artilleriya sursatından kəsiblər.

Priqojinin sözlərinə görə, “Vaqner” ÖHŞ-nin hücum resursları aprelin əvvəlində başa çatıb və sursat çatışmazlığı səbəbindən itkilər “hər gün həndəsi inkişaf olaraq artır”.

Priqojin əlavə edib ki, “Vaqner” ÖHŞ öz mövqelərini Müdafiə Nazirliyinin bölmələrinə təhvil verməyi və muzdluların “yaralarını sarımaq üçün” arxa cəbhəyə aparmağı planlaşdırır.

Lakin Rusiya hərbi jurnalistləri Priqojinin bəyanatını ultimatum kimi təqdim etməyib. TASS Agentliyi yazıb ki, “Vaqner” ÖHŞ bölmələri itkilərini bərpa etmək üçün geri çəkiləcəklər və Baxmutdakı mövqelərini arxa cəbhə xəttində duran Rusiya Müdafiə Nazirliyinin qoşunlarına təhvil verəcəklər.

Prezidentin mətbuat katibi Dmitri Peskov gündəlik brifinqdə “Vaqner” rəhbərinin çıxışını şərh etməyib.

Kqeyd edək ki, keçən həftənin sonunda Priqojin, “WarGonzo” layihəsinin qurucusu Semyon Pegova verdiyi müsahibədə artıq muzdlularını Baxmutdan geri çəkməklə hədələyib. “Sursat çatışmazlığı bərpa olunmasa, biz daha sonra qorxaq siçovullar kimi qaçmamaq, ya da ölmək üçün geri çəkilmək məcburiyyətindəyik. Çox güman ki, biz “Vaqner” bölmələrin bir hissəsini bu ərazidən çıxarmaq məcburiyyətində qalacağıq”, deyə Priojin bildirib. Priqojinin sözlərinə görə, Şoyquya məktubunda təqdim etdiyi şərtlərə əsasən, mərmilərlə bağlı problem aprelin 28-dək həll edilməli idi.

Priqojin müsahibəsində Rusiya müdafiə nazirinin ordunun maddi-texniki təminatı üzrə müavini vəzifəsindən istefa verməsi barədə teleqram kanallarında məlumat yayılan Mixail Mizintsev haqqında da müsbət fikirlər səsləndirib. Peqovun Mizintsevin “demək olar ki, “Vaqnerə kömək etdiyinə görə” işdən qovulması ilə bağlı sözlərinə cavab olaraq Priqojin qeyd edib ki, nazir müavini yalnız “Vaqner” ÖHŞyə deyil, hamıya vaxtında sursat çatdırmağa çalışırdı.

Priqojinin müsahibəsinin dərcindən bir gün sonra Müdafiə Nazirliyi Mizintsevin artıq nazir müavini vəzifəsini tutmadığını təsdiqlədi, onun vəzifəsini Rusiya Qvardiyasının direktor müavini Aleksey Kuzmenkov tutdu.

Mayın 4-də Telegram kanallarında Mizintsevin “Vaqner” döyüşçüləri ilə əlaqə saxladığı bir video görüntü ortaya çıxıb və ÖHŞ-yə yaxın kanallar generalın “Vaqnerqrup”nun komandiri müavini təyin edildiyini bildirib.

Vladimir Putin Priqojinin Müdafiə Nazirliyinin rəhbərliyi ilə ən azı dekabr ayından bəri davam edən münaqişəsinə indiyədək açıq şəkildə reaksiya verməyib. Eyni zamanda, sızan Amerika kəşfiyyat sənədlərinin birində Rusiya prezidentinin Priqojinlə Sergey Şoyqunu şəxsən barışdırmağa çalışdığı bildirilir.

Cümə günü gecə Priqojinin mətbuat xidməti iş adamının sursat çatışmazlığına görə müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov haqqında nalayiq ifadələr işlətdiyini açıq şəkildə göstərən video yayımlayıb.

Poliqon.info