“Qalatasaray”ın futbolçusuna 20 milyon avroluq təklif

“Qalatasaray”ın futbolçusu Saşa Boeyə İngiltərədən təklif var...

Poliqon Türkiyənin Hürriyet qəzetinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi “Kristal Pelas” fransalı müdafiəçi üçün rəsmi təklif göndərməyə hazırlaşır. Bildirilir ki, ingilislər Boey üçün “Qalatasaray”a 20 milyon avro təklif edəcək.

İddiaya görə, İstanbul klubu ingilislərlə danışıqları davam etdirmək və bu məbləği 25 milyon avroya qaldırmaq istəyir.

Qeyd edək ki, “Qalatasaray” Saşa Boeyi 2021-ci ilin yayında Fransanın “Renn” klubundan 1.15 milyon avroya alınb. Hazırda “Transfermarkt” ona 11 milyon avro qiymət qoyub. 22 yaşlı sağ cinah müdafiəçisi cari mövsümdə oynadığı 29 matçda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Poliqon.info