Siyəzəndə torpaq sürüşməsi olub

Fərdi yaşayış evləri qəzalı və yaşayış üçün yararsız vəziyyətə düşüb...

Siyəzən rayonunun Sədan kəndində torpaq sürüşməsi baş verib.

Bu barədə Poliqon.info-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Nəticədə kənd sakinləri N.Qanbayeva və G.Məlikovanın yaşadıqları fərdi yaşayış evləri qəzalı və yaşayış üçün yararsız vəziyyətə düşüb.

Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən evləri təhlükəli vəziyyətə düşmüş Sədan kənd sakinləri üçün müvəqqəti yaşayış məqsədilə iki ədəd çadır qurularaq vətəndaşlara təhvil verilib.

Poliqon.info