Yeni İmic: Zelenski ictimaiyyət qarşısına qarşısına eynəklə çıxıb...

Ukrayna prezidenti Vladimir Zelenski mayın 4-də eynək taxaraq ictimaiyyət qarşısına çıxıb...

Zelenski Haaqaya bir sıra görüşlər keçirib. O cümlədən Ukrayna prezidenti Niderland hökumətinin başçısı Mark Rutte ilə görüşüb. Səfər proqramına Ukrayna liderinin Beynəlxalq Ədalət Məhkəməsinə səfəri də daxildir.

Poliqon xəbər verir ki, bu dəfə Ukrayna prezidenti daha çox gözlük taxması ilə diqqəti cəlb edib. Siyasətçi işgüzar səfərdə olduğu Haaqada sənədləri imzalamaq üçün gözlükdən istifadə edib.

Fevral ayında Vladimir Zelenski bildirib ki, Rusiya ilə müharibə başlayandan sonra onun görmə qabiliyyəti kəskin şəkildə pisləşib. Prezident qeyd edib ki, o, artıq çay paketinin etiketini belə oxuya bilmir.

Ukrayna prezidenti görmə qabiliyyətinin zəifləməsini tam işıqlandırmanın olmadığı şəraitdə intensiv işlərlə izah edib.

Poliqon.info