“Əl-Hilal” Messiyə rəsmi təklif göndərib...

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Paris Sen-Jermen”in hücumçusu Lionel Messiyə rəsmi təklif göndərib...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyinin məlumatında bildirilir.

Xəbərdə qeyd olunur ki, Messinin PSJ ilə məşqlərdən kənarlaşdırılması təkcə Səudiyyə Ərəbistanına səfərlə deyil, həm də argentinalının PSJ layihəsini tənqid etməsi və növbəti mövsümdə “mütləq klubda qalmayacağını” deməsi ilə bağlıdır.

Qeyd edək ki, 2021-ci ilin avqustunda argentinalı ulduz futbolçu PSJ-yə keçib. Onun klubla müqaviləsi 2023-cü ilin iyununa qədərdir. Mətbuat dünya çempionunun MLS klublarından birinə və ya Səudiyyə Ərəbistanına keçə biləcəyi barədə xəbərlər yayıb. Həmçinin uzun müddətdir ki, Lionel Messinin “Barselona”ya qayıdışı ilə bağlı məlumatlar yayılıb.

Poliqon.info