Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb - Yenilənib

Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında növbəti üçtərəfli görüş başlayıb

“Report” xəbər verir ki, ABŞ Dövlət Departamentinin Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində baş tutan görüşdə diplomatlar Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması və sülh sazişi ilə bağlı müzakirə aparılacaq.

***

ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli danışıqların yekun raundu başlayıb.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.

Danışıqlarda ABŞ dövlət katibi Entoni Blinkenin də iştirakı gözlənilir.

Danışıqların əsas mövzusu sülh sazişidir.

Xatırladaq ki, mayın 1-də ABŞ-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçirilib. Bundan sonra Corc Şultz adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində iki ölkənin xarici işlər nazirlərinin ikitərəfli görüşü keçirilib. Danışıqlar mayın 2-də və 3-də ikitərəfli formatda davam etdirilib.

Poliqon.info