Rusiya Hindistanla rupi ilə hesablaşmalara dair danışıqları dayandırıb

Rusiya ilə Hindistan arasında ticarətin rupiyə çevrilməsi üzrə danışıqlar uğursuz olub...

Hindistan və Rusiya arasında ticarətin rupiyaya çevrilməsi üzrə işlər dayandırılıb.

Poliqon xəbər verir ki, bu barədə iki Hindistan rəsmisinə və vəziyyətlə bağlı birbaşa məlumatı olan mənbəyə istinadən Reuters Agentliyi məlumat yayıb.

Hindistan hökuməti rupi ilə hesablaşmalara dair danışıqların dayandırılmasını Rusiyanın 40 milyard rupidən çox pul yığmasını istəməməsi ilə izah edir. Bu valyuta tam konvertasiya olunmur. Ticarətdə Rusiyanın xeyrinə olan disbalans səbəbindən böyük qalıq yarana bilər. Reuters-in digər mənbəsinə görə, Moskva ödənişləri yuan və ya digər valyutalarla həyata keçirmək istəyib.

“Biz artıq rupi ilə bağlı qərar əldə istəmirik. Bu mexanizm sadəcə işləmir. Hindistan bunu effektiv etmək üçün əlindən gələni etdi, amma heç nə alınmadı”, deyə üçüncü həmsöhbət deyib.

Reuters qeyd edir ki, indi Moskva və Yeni Dehli alternativlər axtarır. Ancaq bunun nədən ibarət olacağını Reuters mənbələri söyləməkdən imtina ediblər.

Nəşr qeyd edir ki, mexanizmin işlənməsinin ləngiməsi Rusiya nefti və kömürünün ixracatçılarına öz təsirini göstərəcək. Bu şirkətlər konvertasiya xərclərini azaltmaq üçün daimi rupi hesablaşma sxeminin yaradılmasını istəyirdilər.

Hazırda Rusiya ilə Hindistan arasında ticarət hesablaşmaları əsasən ABŞ dolları, bir hissəsi isə dirhəmlə aparılır. Reuters-in həmsöhbətlərindən biri qeyd edib ki, ikitərəfli ticarətdə hesablaşmalarda üçüncü ölkələr, o cümlədən Çin də iştirak edir.

Poliqon.info