Erməni mediası: Vaşinqtonda danışıqlar Ermənistanın məğlubiyyəti ilə başa çatır...

Erməni jurnalistlərin dərc etdiyi məlumatlar Azərbaycanın Vaşinqtonda qalib gəldiyini təsdiqləyir...

Poliqon xəbər verir ki, Ermənistanın “Hraparak” qəzeti Vaşinqtonda keçirilən Bayramov-Mirzoyan danışıqlarından bəzi daxili məlumatlar əldə edib və bu detallar erməni tərəfini məyus edir.

Nəşr yazır ki, Birləşmiş Ştatlar tərəfləri münasibətlərin normallaşmasına dair saziş imzalamağa sövq etməyə çalışır, lakin bu, Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması və Bakıya qarşı ərazi iddialarından imtina etməsi ilə baş verir.

“Eyni zamanda, Ermənistan tərəfi hələ ki, Azərbaycanı Ermənistana iddialarından əl çəkməyə inandıra bilməyib. Mənbəmiz konkret olaraq söhbətin hansı ərazilərdən getdiyini açıqlamayıb, amma aydındır ki, söhbət anklavlardan gedir”, deyə qəzet qeyd edir. .

Təbii ki, söhbət Qazax rayonunun bir neçə kəndindən, keçmiş AzSSR-in Ermənistan ərazisindəki eksklavlarından gedir.

Erməni jurnalistlərin dərc etdiyi məlumatlar isə Azərbaycanın Vaşinqtonda qalib gəldiyini təsdiqləyir.

Poliqon.info