Sumqayıtda dələduzluğa görə axtarışda olan şəxs saxlanılıb

Onun bir vətəndaşın bank hesabından 3775 manat oğurlaması da müəyyən olunub...

Sumqayıtda dələduzluğa görə axtarışda olan şəxs saxlanılıb.

Bu barədə Poliqon.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Emin Həsənov saxlanılıb.

Araşdırmalarla onun bir vətəndaşın bank hesabından 3775 manat oğurlaması da müəyyən olunub.

Poliqon.info