Rusiya XİN: Moldava NATO-ya təhlükəli səviyyədə yaxınlaşıb...

Rusiya Xarici İşlər Nazirliyi Moldova ilə NATO arasında təhlükəli yaxınlaşma olduğunu açıqlayıb...

Rusiya xarici işlər nazirinin müavini Qaluzin Moldova ilə NATO arasında yaxınlaşmanın təhlükəli səviyyəyə çatdığını bildirib.

Poliqon xəbər verir ki, diplomat bu barədə “İzvestiya” qəzetinə verdiyi açıqlamada bildirib.

“Şimali Atlantika Alyansı Moldovada hakimiyyətin NATO-yönlü ambisiyalarını gücləndirir”, deyə Mixail Qaluzin deyib.

Nazir müavininin sözlərinə görə, NATO-ya üzv ölkələrin liderləri getdikcə daha fəal şəkildə “Moldovaya sanki yeni Ukraynanın rolunu həvalə edirlər”. Diplomat qeyd edib ki, Kişinyovdakı hazırkı hökumət “NATO-yönlü ambisiyalarını qidalandırırlar”.

Qaluzin Moldovada çoxlu sayda siyasətçinin Rumıniya pasportu olduğunu qeyd edib. Onun fikrincə, bunlar Rusiya ilə qarşıdurma əhval-ruhiyyəsində olmayan Moldova xalqının fundamental maraqlarına xidmət etmir.

Poliqon.info