Son iki ildə ABŞ Ukraynaya 36,4 milyard dollarlıq silah göndərib...

ABŞ prezidenti Co Bayden hakimiyyətə gəldikdən sonra Vaşinqton Ukraynaya 36,4 milyard dollar məbləğində hərbi yardım edib...

Poliqon xəbər verir ki, bu barədə mayın 3-də ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Pentaqondan qeyd ediblər ki, bu məbləğin əsas payı müharibə başlayandan sonra Ukraynaya göndərilib. 2022-ci ilin fevral ayından bəri Ukrayna ABŞ-dan 35,7 milyard dollar alıb.

Mayın 3-də ABŞ dövlət katibi Entoni Blinken Ukraynaya daha 300 milyon dollarlıq hərbi yardım paketinin ayrılması haqqında sərəncam imzalayıb. Ağ Ev bildirib ki, bu paketə HIMARS çoxsaylı buraxılış raket sistemləri və artilleriya mərmiləri üçün sursat daxildir.

Poliqon.info