ABŞ Finlandiyadan ölkə ərazisinə tam giriş izni istəyir...

Pentaqon Amerika ordusuna Finlandiya torpaqlarından və bazalarından istifadə üçün tam hüquq tələb edir...

Poliqon xəbər verir ki, bu barədə Finlandiyanın “Satakunnan Kansa” qəzeti məlumat yayıb. Qəzet yazır ki, ABŞ və Finlandiya təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdırır və bu sahədə müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair sənədin imzalanması üçün müzakirələr aparılır.

Qeyd olunur ki, hazırda Finlandiya hakimiyyəti müqavilənin bəndlərini nəzərdən keçirir ki, bu da gələcəkdə Amerika ordusuna Finlandiya torpaqlarından və bazalarından təlimlər üçün istifadə etmək hüququ verəcək. Nəşr aydınlaşdırıb ki, müdafiə sahəsində əməkdaşlıq haqqında yeni saziş Finlandiyanın NATO-ya daxil olmasını tamamlayacaq.

Qəzet həmçinin qeyd edib ki, sazişdə Vaşinqton və Helsinkinin birgə fəaliyyətinin obyektləri və istiqamətləri müəyyən ediləcək. Nəşrin məlumatına görə, söhbət əsasən hərbi obyektlərdən gedir.

Poliqon.info