Boris Conson: Ukrayna NATO-ya daxil olmalıdır…

Britaniya parlamentində NATO üzvlüyünün Ukraynanı Rusiyanın hücumlarından qoruya biləcəyini vurğulanıb….

Ukraynanın NATO-ya üzv olmasına icazə verilməli və Böyük Britaniya hökuməti onun bu istiqamətdə səylərini dəstəkləməlidir.

Poliqon Ukraynanın Unian nəşrinə istinadən xəbər verir ki, bu barədə Britaniyanın keçmiş Baş naziri Boris Conson Twitter hesabında yazıb. Conson Twitter hesabında İcmalar Palatasının iclasından video yerləşdirib və orada xarici işlər naziri Ceyms Kleverlidən Ukraynanın NATO-ya daxil olmaq istəyinin “Rusiyanı gərginləşdirməyə təhrik edə biləcəyi” fikrinə necə münasibət bəslədiyini soruşub. Keşmiş Baş nazir qeyd edib ki, Ukrayna NATO üzvü olmadığı üçün Rusiyanın təcavüzünün qurbanı olub.

Ceyms Kleverli cavab olaraq bildirib ki, Rusiyanın Ukraynaya təcavüzü təxribatdır. Eyni zamanda, nazir Ukraynanın NATO-ya üzv olmaq istəyini “şərqdən gələn təhlükəyə görə tamamilə başa düşülən müdafiə hərəkəti” adlandırıb.

“Ukraynanın NATO-ya üzv olmasına icazə verilməlidir və hökumət onların bu istiqamətdə səylərini dəstəkləməlidir”, deyə Conson bildirib.

Poliqon.info