ABŞ və Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır...

Amerika Birləşmiş Ştatları, Avropa ölkələri və onların Ukraynadakı digər müttəfiqləri hazırda Rusiya əleyhinə yeni sanksiyalar paketi üzərində çalışırlar...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb...

Sanksiya paketlərinin ayrı-ayrılıqda təqdim ediləcəyi, lakin hamısı birlikdə koordinasiya ediləcəyi bildirilir. May ayında Yaponiyada keçiriləcək G7 sammiti zamanı məhdudiyyətlərin siyahısı açıqlanacaq.

Rusiya ərazisindən tranzit qadağası ilə yanaşı, Aİ transponderləri sıradan çıxaran gəmilərə də məhdudiyyətlər qoymağı düşünür. Bundan əlavə, daha 30-a yaxın şəxsə qarşı yeni sanksiyaların tətbiq olunacağı gözlənilir.

Agentliyin mənbələrinə görə, G7 ölkələri Rusiyanın hərbi məqsədlər üçün istifadə etdiyi texnologiya və avadanlıqların tədarükünə məhdudiyyətləri genişləndirmək niyyətindədir.

G7 üzvləri, istisna olunmadığı təqdirdə, Rusiyadan hər hansı ixraca tam qadağa qoyulmasını da müzakirə edirlər. Lakin bu tədbirin tətbiqi Avropa İttifaqı üçün xüsusilə problemli hesab olunur, çünki onun təsdiqi bütün üzv dövlətlərin dəstəyini tələb edəcəkdir. Yeni meyarlar G7 liderləri tərəfindən təsdiqlənərsə, istisnalar çox güman ki, kənd təsərrüfatı mallarını, ərzaq və dərmanları əhatə edəcək.

Bloomberg yazır ki, yeni sanksiyaların əsas məqsədi mövcud tədbirlərdəki boşluqları aradan qaldırmaq və ümumilikdə tətbiq edilən məhdudiyyətlərdən yayınma problemini həll etməkdir.

Poliqon.info