Hindistandan bir neçə təyyarə silah-sursat İrəvana gətirilib - İran vasitəsi ilə...

Aprelin 25-də Ermənistana Hindistandan bir neçə təyyarə silah və sursat gətirilib...

Poliqon xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” etibarlı mənbələrə istinadən xəbər yayıb.

“Kifayət qədər etibarlı mənbələrdən verilən məlumata görə, hələ ötən həftə, daha doğrusu aprelin 25-də Hindistanın silah və sursatları olan bir neçə hərbi nəqliyyat təyyarəsi Yerevana eniş edib. Onun hansı ölkənin ərazisindən keçərək Ermənistana gətirildiyini coğrafiya biliyi olan məktəblilər üçün belə təxmin etmək çətin deyil”, deyə portal tranzit ölkənin adını çəkməsə də, yazının davamında İrana işarə edib.

Xatırladaq ki, ötən gün Ermənistanda Rusiyanın İran ərazisindən keçməklə ölkəyə Hindistan silahlarının verilməsinin qarşısını alması barədə xəbərlər yayılıb. Lakin Rusiyanın maliyyələşdirdiyi “Sputnik Ermənistan” saytı bunun yalan olduğunu və Ermənistana Hindistan silahlarının Uran vasitəsi ilə silahların daşındığını iddia edib.

Poliqon.info