General Milli: Ukraynanın artıq hücum əməliyyatları aparmaq imkanı var...

ABŞ Ordusunun Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri Ukraynanın əks-hücum imkanlarından danışıb...

Hazırda Ukraynanın artıq hücum əməliyyatları aparmaq imkanı var.

Poliqon xəbər verir ki, bu sözləri ABŞ Ordusunun Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli Foreign Affairs nəşrinə müsahibəsində deyib.

“Ukraynalıların indi hücum etmək imkanı var. Onlar həm hücum əməliyyatları keçirə bilirlər, həm də adi əməliyyatlar üçün cəmi bir il əvvəl əldə etdikləri ilə müqayisədə xeyli təkmilləşdirilmiş müdafiə imkanlarına malikdirlər”, deyə ABŞ Ordusunun komandanı bildirib.

Eyni zamanda, Milli Ukrayna qoşunlarının yaxın həftələrdə hücuma keçib-keçirə bilməyəcəyini açıqlamayıb. Onun sözlərinə görə, “bu, onlardan asılı olacaq”.

Poliqon.info