Rusiyada dəmir yolu xətti yenidən partladılıb

Rusiyanın Bryansk vilayətində naməlum şəxslər yenidən dəmir yolu xəttini partladıb.

“Report” xəbər verir ki, bu barədə RBC və “112” teleqram kanalı məlumat yayıb.

Rusiya Dəmir Yolları bildirib ki, hadisə nəticəsində 20 yük vaqonları relsdən çıxıb.

Məlumata görə, hadisə yerli vaxtla 19:47-də (Bakı vaxtı ilə 20:47) baş verib. Olay itkilərə və yanğına yol açmayıb.

“SHOT” və “Baza” teleqram kanallarının məlumatına görə, üç partlayış səsi eşidilib. Təxminən 70 vaqonun olduğu qatar Bryanskdan Karaçevə gedirmiş. Onun nə daşıdığı dəqiqləşdirilməyib.

Xatırladaq ki, ötən gün Bryansk vilayətində “naməlum qurğu”nun partlaması nəticəsində neft məhsulları və taxta-şalban daşıyan qatarın relsdən çıxması barədə məlumat yayılmışdı.

Poliqon.info