Pakistanda korrupsiya...

Pakistanın hakim partiyasının rəhbəri bütün sistemi korrupsiyada bulaşmaqda ittiham edib...

Pakistanın hakim “Pakistan Müsəlman Liqası- Navaz” partiyasınınnın rəhbəri, sabiq vitse-prezident və keçmiş Baş nazir Şahid Xaqan Abbasi bildirib ki, Pakistan əhalisinə pulsuz un paylanması sxeminin həyata keçirilməsində bütün hökumət sistemi korrupsiyaya bulaşıb.

Poliqon xəbər verir ki, bu barədə mayın 2-də The Express Tribune nəşri məlumat yayıb.

“Bu yaxınlarda 84 milyard rupi (təqribən 450 milyon dollar) dəyərində un pulsuz paylanıb. Təəssüflə demək istəyirəm ki, onlardan təxminən 20 milyard rupi (təqribən 100 milyon dollar) oğurlanıb. Bu vəziyyətə hansı tərəfdən baxırsınızsa, baxın, bəs kasıb xalq sonda nə əldə etdi?”, deyə Abbasi özəl telekanallardan birinə müsahibəsində deyib.

Abbas sözlərinə görə, hazırda Pakistanda idarəetmənin tətbiqi ilə heç bir vəd yerinə yetirilə bilməz, ona görə də sistemin tamamilə yenidən qurulmasına ehtiyac var.

“Sistem o qədər korrupsiyalaşıb ki, nə federal səviyyədə, nə də əyalətlərdə işləyə bilmir”, deyə keçmiş Baş nazir vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Pakistan hökuməti qida böhranının kəskinləşməsi ilə əlaqədar ehtiyacı olanlara, əhalinin kasıb təbəqələrinə pulsuz un paylanması ilə bağlı dəstək vermək qərarına gəlib. Bu qərar həm müxalifət, həm də Nazirlər Kabinetində ikinci ən böyük təmsilçiliyə malik Pakistan Xalq Partiyası tərəfindən ciddi şəkildə tənqid edilib.

Poliqon.info