Rusiyanln Baxmutda neçə döyüşçüsü ölüb və yaralanıb? - Dəhşətli rəqəmlər...

Rusiyanın itkisi şəhərin müharibədən əvvəlki 70 min əhalisini üstələyən həddə çatıb...

Ukraynanın Baxmut şəhəri uğrunda aylardır gedən döyüşlər davam edir.

Poliqon BBCyə istinadən xəbər verir ki, Baxmut döyüşlərində indiyədək Rusiyanın 20 min döyüşçü ölüb. Ağ Ev administrasiyası iddia edib ki, döyüşlərdə 80 mindən çox Rusiya döyüşçüsü isə yaralanıb.

Kəşfiyyat məlumatlarına əsaslanan bəyanatı ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi verib. O, ölənlərin yarısının Rusiyanın muzdlu şirkəti “Vaqner”ə bağlı döyüşçülər olduğunu iddia edib.

Kəşfiyyat məlumatı doğrudursa, Rusiyanın itkisi şəhərin müharibədən əvvəlki 70 min əhalisini üstələyən həddə çatıb.

Baxmut döyüşü ilə bağlı jurnalistlərə açıqlama verən Kirbi “Əsasən Baxmutu hədəf alan Rusiyanın hücumu uğursuz oldu. Onlar ciddi və strateji qələbə əldə edə bilmədilər”, deyib.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü ukraynalı itkilər barədə məlumat verməyib və “onlar qurbanlardır” deyib.

BBC Amerika kəşfiyyatına əsaslanan bu bəyanatı müstəqil şəkildə dəqiqləşdirə bilməyib.

Poliqon.info