Rusiyanın vaxtı bitdi, İsveçrənin zamanı başladı...

İsveçrə tarixdə ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edtməyə başlayıb...

Poliqon xəbər verir ki, mayın 1-də Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyi başa çatıb. Moskva aprel boyu Təhlükəsizlik Şurasına rəhbərlik edib.

İsveçrə Xarici İşlər Nazirliyindən bilddirilib ki, ölkə artıq müvafiq vaxt çərçivəsində öz işi üçün prioritetləri müəyyən edib.

Qeyd edilir ki, İsveçrə davamlı dünyanın inkişafına həsr olunacaq debat keçirməyi planlaşdırır. Bundan sonra Təhlükəsizlik Şurasının iclaslarına İsveçrənin xarici işlər naziri İqnazio Kassis sədrlik edəcək. Prezident Alain Bersetin rəhbərliyi ilə daha bir debat da planlaşdırılır. Onlar mülki əhalinin müdafiəsi ilə məşğul olacaqlar.

Mayın sonunda təşkilatın sülhməramlı fəaliyyətinin 75 illiyinə həsr olunmuş tədbir də nəzərdə tutulub. Məhz 1948-ci ildə Təhlükəsizlik Şurası atəşkəs məqsədi ilə Yaxın Şərqə ilk sülhməramlı missiyasını göndərib.

Poliqon.info