Nümayişçilər Parisi yanğınlar törədiblər...

Aqressiv əhvallı nümayişçilər pensiya islahatına qarşı Əmək Günü münasibəti ilə keçirilən mitinqdə Parisin mərkəsində böyük yanğın törədiblər...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, etirazçılar Millət meydanında binanın yanındakı tikinti materiallarını yandırıblar.

Yanğın sürətlə yayılmağa başladığı üçün təhlükəsizlik qüvvələri şırnaqlardan istifadə etməli olub. Yanğın baş verən ərazi mühasirəyə alınıb. Bir müddət sonra yanğın söndürülüb. Paris polisi nümayişçilərə xatırladıb ki, etiraz etmək hüququ ətrafdakı hər şeyi dağıtmaq və zorakılıq etmək demək deyil.

Xatırladaq ki, aprelin ortalarında Fransa prezidenti Emmanuel Makron pensiya islahatı haqqında qanunu imzalayıb. İndi Fransada pensiya yaşı 64 yaşa yüksəlib. Bundan əvvəl qanun Fransanın Konstitusiya Şurası tərəfindən təsdiq edilib.

Lakin fransızlar hakimiyyətin qərarı ilə razılaşmırlar. Etiraz aksiyaları iğtişaşlar və polislə toqquşmalarla müşayiət olunur. Paris, Lion, Lill, Renn və ölkənin digər şəhərlərində kütləvi nümayişlər keçirilir.

Poliqon.info