Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Məhəmməd Əsədov küçəsində qeydə alınıb.

Belə ki, “KİA” markalı minik avtomobili 73 yaşlı Eldar Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info