Üzərində 87 müxtəlif dildə “sülh” sözü yazılan körpü açılıb

Belçikanın İpres şəhərində "Sülh körpüsü"nün açılışı olub.

Poliqon.info xəbər verir ki, onun üzərində 87 müxtəlif dildə "sülh" sözü yazılıb.

Qurğu rəssam Brody Noyenşvander tərəfindən dizayn edilib. O, fərqli dilləri təsadüfən seçməyib. Məlumata görə, Birinci Dünya Müharibəsi zamanı İpresdə məhz bu dillərdə danışılıb.

Flandriyanın turizm naziri Zuhal Dəmir körpünün rəsmi açılışını elan edib. O, bəyan edib ki, hazırda sülhün vacibliyinə 100 il əvvəlkindən daha çoxdur.

Poliqon.info