Göyçayda fermada fəhlə qəfil ölüb

Hadisə rayonun Alpout kəndində qeydə alınıb...

Göyçayda fermada fəhlə işləyən şəxs qəflətən dünyasını dəyişib.

APA xəbər verir ki, hadisə rayonun Alpout kəndində qeydə alınıb.

Məlumata görə, rayonun Ləkçılpaq kənd sakini, 1966-cı il təvəllüdlü Şahlar Dadaşovun nahar vaxtı anidən halı pisləşib və qəfil keçinib.

İlkin ehtimala görə, ürəktutmadan vəfat edib.

Poliqon.info