Cocuq Mərcanlıda çoban minaya düşərək həlak olub - Yenilənib
Cəbrayıl rayonu Cocuq Mərcanlı ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib...
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verir ki, 2023-cü il 1 may tarixində Cəbrayıl rayonu Cocuq Mərcanlı ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib.
Məlumata əsasən maldarlıq fəaliyyəti ilə məşğul olan Füzuli rayon Qazaxlar kənd sakini 1964-cü il təvəllüdlü Alışov Oktay Bayram oğlu, at ilə hərəkətdə olarkən minalardan təmizlənməmiş əraziyə keçid etmiş və tank əleyhinə mina partlayışı nəticəsində həlak olmuşdur.
***
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində atlı çoban tank əleyhinə minaya düşərək həlak olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
Poliqon.info