Kürdəmirdə iki avtomobil toqquşub: Üç nəfər yaralanıb

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb...

Kürdəmir rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Opel” və “Toyota” markalı avtomobillər toqquşublar.

Nəticədə “Toyota”da olan iki nəfər Sabirabad rayon sakini, 46 yaşlı Babək Yusif oğlu Abbasov və Kürdəmir rayon sakini 22 yaşlı Könül Azər qızı Mirzəyeva, eləcə də “Opel”də olan 30 yaşlı Kürdəmir rayon sakini Tural Kamal oğlu Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Poliqon.info