ABŞ dövlət katibi Ermənistanın XİN başçısı ilə görüşüb - Yenilənib

Tərəflər regiondakı durumu, o cümlədən Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi müzakirə ediblər...

ABŞ dövlət katibi Entoni Blinkenlə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın görüşü başa çatıb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər regiondakı durumu, o cümlədən Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi müzakirə ediblər.

***

Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.

“Report” “Sputnik Armenia”ya istinadən məlumat verir ki, bu barədə Ermənistan XİN-dən bildirilib.

İkitərəfli görüşdən sonra Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun da iştirakı ilə üçtərəfli görüş gözlənilir.

Poliqon.info