Türkiyə şirkəti Akkuyu AES-i 700 milyon avroya sığortalayıb

Türkiyə Maliyyə və Xəzinədarlıq Nazirliyinə tabe olan türk şirkəti “Akkuyu” Atom Elektrik Stansiyasını 700 milyon avroya sığortalayıb...

Poliqon Hürriyet qəzetinə istinadən xəbər verir ki, 2022-ci ilin martında nüvə tənzimlənməsi haqqında qanun qəbul edilib. Bu qanuna əsasən, nüvə obyektlərini yaradacaq və istismar edəcək şəxslər, habelə nüvə enerjisi sahəsində çalışanlar üçün icbari sığorta tətbiq edilib.

“Bu fərman çərçivəsində Nüvə Sığorta Hövzəsi yaradılıb və qərara alınıb ki, Maliyyə və Xəzinədarlıq Nazirliyinin törəmə şirkəti olan Türk Reasürans tərəfindən idarə olunan Xüsusi Risk İdarəetmə Mərkəzi sığorta təminatını təmin etsin. Bu çərçivədə Türkiyənin ilk nüvə elektrik stansiyası olan Akkuyu AES mərkəz tərəfindən 700 milyon avroya sığortalanıb. Başqa sözlə, Türkiyə mərkəzi Akkuyuya nüvə məsuliyyət risklərinə görə 700 milyon avro məbləğində sığorta təminatı verib”, deyə bildirilir.

Bundan əvvəl Rusiya və Türkiyə Akkuyu AES-in 1 nömrəli enerji blokuna nüvə yanacağının çatdırılmasını rəsmən rəsmiləşdirib, “Rosatom” Türkiyənin Energetika Nazirliyinə sertifikat verib. Buna Rusiya prezidenti Vladimir Putin icazə verib.

Prezident Rəcəb Tayyib Ərdoğan daha əvvəl demişdi ki, Akkuyu AES Türkiyəyə ildə 1,5 milyard dollar qaz idxalına qənaət edəcək.

Poliqon.info