Cənubi Afrika Respublikas Putindən xahiş etdi: Ölkəyə səfər etmə...

Cənubi Afrika Respublikası (CAR) hakimiyyəti Rusiya prezidenti Vladimir Putindən avqustda Yohannesburqda keçirilməsi planlaşdırılan BRİCS sammitinə gəlməməyi, videobağlantı vasitəsilə iştirak etməyi xahiş edib...

Poliqon xəbər verir ki, Sunday Times nəşrinin Cənubi Afrika rəsmilərinə istinadən verdiyi məlumata görə, CAR ölkəyə gələrsə, Beynəlxalq Cinayət Məhkəməsinin qərarını yerinə yetirməli və Putini həbs etməli olacaq.

“Bizim Putini həbs etməmək variantımız yoxdur. O, bura gələrsə, onu həbs etməli olacağı”", deyə rəsmi bildirib.

Nəşr qeyd edir ki, ötən həftə CAR prezidenti Siril Ramaposa ölkənin vitse-prezidentinin rəhbərlik etdiyi xüsusi hökumət komitəsi yaradıb və bu komitə Putinin həbsi üçün orderin verilməsi ilə bağlı mümkün variantları öyrənməlidir.

Sunday Times mənbəsinin sözlərinə görə, komitə videobağlantı vasitəsilə Putinin BRİCS sammitində iştirakından başqa variant tapa bilməyəcək.

“Bizim yeganə seçimimiz Moskvadan Teams və ya Zoom vasitəsilə əlaqə yaratmaqdır”, deyə hökumət rəsmisi qeyd edib.

İndi CAR Rusiya rəhbərliyi ilə bu barədə danışıqlar aparır.

Sunday Times qeyd edir ki, CAR Rusiyaya qarşı sanksiyaları dəstəkləməkdən və ya onun Ukraynaya təcavüzünü pisləməkdən imtina edib. Bununla belə, Beynəlxalq Cinayət Məhkəməsinin ukraynalı uşaqların Rusiya tərəfindən işğal olunmuş ərazilərdən zorla deportasiyası ittihamı ilə Putin haqqında həbs qərarı çıxarması CAR hakim partiyasını çətin vəziyyətə salıb.

CAR “Roma Statusu”nu imzalayan ölkələr sırasındadır ki, bu da onu Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarına əməl etməyə məcbur edir.

Xatırladaq ki, martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya lideri Vladimir Putinin ukraynalı uşaqların deportasiyasında əli olması ehtimalı ilə bağlı onun həbsinə order verib. Sonra Cənubi Afrika təşkilatdan çıxmaq imkanlarını açıqlayıblar. Aprelin 25-də ölkə lideri Siril Ramafosa Afrika Milli Konqresi (ANC) partiyasının rəsmi səviyyədə müvafiq qərar qəbul etdiyini açıqlayıb.

Onu da qeyd edək ki, BRİCS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasını birləşdirən təşkilatdır.

Poliqon.info