Bryanskda dəmir yolunun partlaması nəticəsində qatar relsdən çıxıb...

Qubernator: Bryansk vilayətində dəmiryol relslərində partlayıcı qurğu işə düşüb...

Poliqon xəbər verir ki, qubernator Aleksandr Boqomaz Telegram kanalında Bryansk vilayətində naməlum partlayıcının dəmiryol relslərində işə düşdüyünü bildirib. Nəticədə yük qatarının lokomotivi relsdən çıxıb. Qatar yanacaq və tikinti materialları daşıyıb.

Qubernatorun sözlərinə görə, heç kim xəsarət almayıb.

Uneça rayonunda, Bryansk-Uneça dəmir yolunun 136-cı kilometrliyində naməlum partlayıcı qurğu işə düşüb, nəticədə yük qatarının lokomotivi relsdən çıxıb. İtki yoxdur”, deyə Boqomaz yazıb.

“Baza” telegram kanalının məlumatına görə, qatara neft məhsulları ilə yanaşı taxta-şalban da yüklənib. Ümumilikdəqatar 60 vaqondan ibarət olub, qatarın yeddi-səkkiz vaqonu yanlarına aşıb, yanğın baş verib. Təcili xidmətlər yerindədir.

“Осторожно, новости” telegram kanalı yazır ki, yerli sakinlər güclü partlayış səsi eşidiblər.

Poliqon.info