ABŞ-da prezident Baydenin ən təhlükəli səhvlərindən ibarət hit parad...

Baydenin 5 ən fəlakətli səhvi ABŞ-ı itirilmiş onilliyə sürükləyib...

Poliqon xəbər verir ki, bu iddia ilə ABŞ-ın “19fortyfive” portalında konqresin keçmiş əməkdaşı və geosiyasi analitik, Brandon Veyhert çıxış edib.

Veyhert hesab edir ki, Co Baydenin prezidentliyi onun etdiyi təhlükəli səhvlərə görə ABŞ üçün “itirilmiş onilliyə” çevrilməklə hədələyir.

Analitik ilk növbədə, Amerika prezidentini ABŞ-da qeyri-qanuni miqrasiya böhranını ağırlaşdırdığına görə tənqid edib. İkinci problem kimi Veyxert Şimali Amerikada yeni boru kəmərlərinin tikintisinə qadağa qoyulması səbəbindən xarici enerji mənbələrindən asılılığın artdığını qeyd edib.

Üçüncü ən vacib məqam inflyasiyadır. Müəllif əmindir ki, Baydenin maliyyə siyasəti inflyasiyaya səbəb olan xərclərə böyük töhfə verir.

Veyhertın fikrincə, ABŞ-da cinayətin sürətlə artmasına görə, ilk növbədə, prezident administrasiyası məsuliyyət daşıyır.

Təhlilçi xarici siyasət proqramının uğursuzluğunu Baydenin ən böyük səhvi hesab edir.

“Prezident ölkəni çox aktiv şəkildə dəyərli və məhdud siyasi və hərbi kapitalı israf etməklə Rusiya ilə nüvə dünya müharibəsinə gətirib çıxara biləcək bir prosesə cəlb edir”, deyə Vayxert qeyd edib. Eyni zamanda, onun fikrincə, Amerikanın maraqları Hind-Sakit okean və Böyük Yaxın Şərq kimi yerlərdə mövqeləri qorumaqdan ibarət olmalıdır.

Tərtib edilmiş hit-parad əsasında müəllif belə qənaətə gəlib ki, Amerika Co Baydenin növbəti prezidentlik müddətində sadəcə sağ qala bilməz...

Poliqon.info