Hollivudda ssenaristlərin böyük tətili gözlənilir...

Tətil mayın 1-də ssenaristlərlə başa çatması ilə əlaqədar baş verə bilər...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyinin məlumatında bildirilir.

Agentlik yazır ki, “Ssenaristlər Gildiyası”nın Hollivud studiyaları ilə müqaviləsi mayın 1-də başa çatdığından Hollivud hazırda 15 ildən bəri ilk böyük tətilin astanasındadır.

Bloomberg -in məlumatına görə, tətil maaşların aşağı olması, iş şəraiti və müəllif hüquqları ilə əlaqədar başlaya bilər.

“Xüsusilə, bu vəziyyət axın xidmətləri ilə inkişaf edir. Həmin xidmətlər tez-tez daha kiçik həcmli epizodlar sifariş edirlər, müvafiq olaraq yazanlar daha az pul qazanırlar”, deyə Bloomber yazır.

Poliqon.info