Papa Fransisk Patriarx Kirilllə görüşmək istədiyini deyir

Dini liderlərin ötən yay görüşü Ukraynadakı müharibə səbəbindən baş tutmamışdı...

Roma Papası Fransisk Rus Pravoslav Kilsəsinin Patriarxı Kirill ilə görüşmək istədiyini bildirib.

Poliqon xarici mətbuata əsasən xəbər veriri ki, bu barədə Macarıstan mətbuatının məlumatında bildirilib

Mətbuat konfransı zamanı pontifik bildirib ki, Ukraynadakı müharibə səbəbindən ötən yay onların görüş planları təxirə salındığı üçün bunu etmək lazımdır. “Mən Patriarx Kirill ilə müharibə başlayandan bəri yalnız bir dəfə Zoom-da 40 dəqiqə danışmışam”, deyə Fransisk jurnalistlərə bildirib.

O, əlavə edib ki, Kirilllə “Moskva Patriarxlığının Xarici Kilsə Əlaqələri Departamenti”nin yeni rəhbəri olan mitropolit Entoni vasitəsilə əlaqə saxlayır. Onlar keçən yay Qüdsdə görüşməyi planlaşdırırdılar. “Bunu etmək lazım gələcək”, deyə, papa əlavə edib.

Qeyd edək ki, Rus Pravoslav Kilsəsinin rəhbəri Kiril Qundyayev Rusiyanın Ukraynaya təcavüzünə haqq qazandırır və Rusiya ordusunda xidməti təbliğ edir.

Mart ayında patriarx Milli Qvardiyanın komandiri Viktor Zolotova ikona təqdim tdi və o, bunun rus qoşunlarının "qələbəsini sürətləndirəcəyini" söyləyib.

Payızda o, rusların “özlərini fəda etsələr” günahlarını yuya biləcəklərini bəyan etmiş, həm də öz həyatını xilas etmək istəyənləri Rusiyaya yad dəyər adlandırıb.

Kirill bu yaxınlarda “vətənin müdafiəsini” ən böyük vəzifə və müqəddəs əməl olduğunu bildirib.

Poliqon.info