Vaşinqton və Brüssel müharibədən əvvəl sanksiyalar barədə razılığa gəliblər...

ABŞ və Aİ 2021-ci ilin noyabrında Rusiyaya qarşı sanksiyalar hazırlamağa başlayıblar...

ABŞ prezidenti Co Bayden və Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Ukraynada müharibə başlamazdan əvvəl Rusiya əleyhinə sanksiyaların hazırlanması barədə razılığa gəliblər.

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, 2021-ci ilin noyabrında Bayden fon der Leyen ilə Ağ Evdə görüşü zamanı Amerika kəşfiyyat xidmətlərinin məlumatlarına əsaslanaraq Rusiya ordusunun Ukrayna ilə sərhədə yaxın ərazidə toplanması ilə bağlı həyəcan təbili çalıb. Adı açıqlanmayan bir avropalı məmur qeyd edib ki, Amerika lideri çox narahat idi, lakin Avropada heç kim buna əhəmiyyət vermədi, hətta məxfi xidmətlər belə.

Politico nəşrinin məlumatına görə, bu görüşdən sonra fon der Leyen komandası Ağ Ev administrasiyası ilə gizli şəkildə sanksiyalar paketi üzərində işləyib.

Poliqon.info