Zalujnı və Kavoli bir araya gəliblər və cəbhədəki vəziyyəti müzakirə ediblər...

Valeri Zalujnı Kristofer Kavoli ilə görüşüb: Generalalr döyüş meydanında mümkün ssenariləri müzakirə ediblər...

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı NATO və ABŞ Silahlı Qüvvələrinin Avropadakı baş komandanı Kristofer Kavoli ilə görüşündə döyüş meydanında mümkün ssenariləri və Ukraynanın gələcək hərəkətləri üçün ilkin şərtləri müzakirə edib.

Poliqon Ukrayna mətbuatına əsasən xəbər verir ki, bu barədə Valeri Zalujnı öz Telegram kanalında məlumat yayıb.

“Mən NATO Müttəfiqlərinin Avropadakı Silahlı Qüvvələrinin Baş Komandanı - ABŞ Silahlı Qüvvələrinin Avropadakı komandanı general Kristofer Kavoli ilə geniş tərkibdə görüş keçirdim. Bizim üçün vacib olan məsələlərin geniş spektrini ətraflı müzakirə etdik. Onunla bütün cəbhə xətti boyu əməliyyat şəraiti barədə ətraflı danışdıq. Kavoli gələcək fəaliyyətlərimiz üçün mümkün ssenariləri, təhdidləri və ilkin şərtləri təsvir etdi. Müəyyən vəzifələri mümkün qədər yerinə yetirmək üçün hazırlaşmağı qarşımıza məqsəd qoyduq”, deyə Zalujnı yazıb.

Zalujnı qeyd edib ki, tərəflər ayrı-ayrılıqda kifayət qədər sursat və texnikanın vaxtında çatdırılmasının vacibliyinə diqqət yetiriblər.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Ukraynanı geniş çeşiddə silah və hava hücumundan müdafiə sistemləri ilə təmin etməyin zəruriliyini qeyd edib ki, bu da Rusiyanın təcavüzünə qarşı mübarizədə problemli məsələlərin həllinə əhəmiyyətli dərəcədə kömək edəcək.

Zalujnı və Kavoli Ukrayna ordusunun hazırlığını da müzakirə ediblər.

“Biz dialoqu davam etdirmək və Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün işləmək barədə razılığa gəldik”, deyə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı sözlərini yekunlaşdırıb.

Poliqon.info