Cəlilabadda yol qəzası zamanı iki qadın xəsarət alıb 

Cəlilabadda yol qəzası zamanı iki qadın xəsarət alıb.

"Report"un Muğan bürosunun məlumatına görə, avtoqəza nəticəsində rayon sakinləri, 1970-ci il təvəllüdlü Nəcibə Məmmədova və 1958-ci il təvəllüdlü Mənzər Həşimova xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info