Qovaq ağacı - Cavid Fərzəlidən yeni şeir

Qovaq ağacı.

Bir axşam lal küçədə, Mənə səni xatırlatdı qovaq ağacı.Elə bil üzündən qoparıb üzünü, Elə bil ayrılıq dərib ayaqlarını.

Bir az qulaq verdim, səsini duyum,üzünü görüm deyə, ayrılığım! Baxdım, Bir dilsiz baxışdanAğac rəngində sevgilər yıxılır,qonur çöllərin üstünə.

Əllərim bətninə düşür,Sənə sarı kar axşamlarda. Bir bilsən, qovaq xanım,Yarıağac yolları gözləməkdən, Alatoran küçələrin addımlarını balta kəsir, Əllərim qanına batır sənsizliyin...

Yarıqadın ağaclarda,Yarpaqların axşam düşür sənin,Barmaqların çiçək soyundan doğulur.Bağışla, gecikdim əllərinin baharına, Daha ağacların ürəyin əritməz bir çiçək...

(Cavid Fərzəli)

Poliqon.info