"Formula 1": "Red Bull" pilotu Bakıdakı ilk sprint yarışının qalibi olub - Yenilənib

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başa çatıb. 

Poliqon.info xəbər verir ki, 17 dövrənin tamamında "Red Bull" pilotu Serxio Peres qalib olub. 

"Ferrari"dən Şarl Lekler ikinci, Peresin komanda yoldaşı Ferstappen üçüncü yeri tutub. 

Qeyd edək ki, bu il Bakıda ilk dəfə "Formula 1"də sprint yarışı təşkil olunub.

***

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışı davam edir. 

Poliqon.info xəbər verir ki, doqquz dövrədən sonra "Red Bull" pilotu Serxio Peres liderdir. 

***

Poliqon.info xəbər verir ki, günün son mübarizəsi saat 17:30-da start götürüb.

Daha əvvəl "Ferrari"dən Şarl Lekler "Sprint shootout"u ilk pillədə başa vurmuşdu. "Red Bull"dan Serxio Peres ikinci, onun komanda yoldaşı Maks Ferstappen isə üçüncü sırada olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi aprelin 30-da başa çatacaq.

Poliqon.info