"Formula 1": Bakıda sprint yarışının təsnifat mərhələsi başlayıb

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışının təsnifat mərhələsi başlayıb...

"Report" xəbər verir ki, 12:30-da start götürən "Sprint shootout" üç sessiyadan ibarət olacaq.

Mübarizənin təxminən bir saat davam edəcəyi gözlənilir.

Qeyd edək ki, "Formula 1"də əsas sprint yarışı saat 17:30-da başlayacaq.

Poliqon.info